Rəhbərlər üçün şəxsi AI köməkçi: günü planlayır, poçtu çeşidləyir, verdiyin sözü izləyir, kompüterindəki real işi görür və indi parklamanı da özü idarə edir. Xərci sən müəyyən edirsən — kritik addımı heç vaxt özbaşına atmır.
İki böyük addım: pulun hara getdiyini görürsən və şəhərdə parklama üçün daha telefonu çıxarmırsan.
AI köməkçinin nə qədər pul yandırdığını təxmin etmirsən — görürsən.
AzParking məntəqəsində SMS yazmaq, nömrəni tapmaq, sonra sonlandırmağı unutmaq — bunların hamısı Naibə keçir.
Naib slayd deyil. İki kanal artıq canlıdır və gündəlik istifadə olunur; üçüncüsü sınaqdadır.
Səkkiz modul, — funksiya. Aşağıdakı siyahı layihənin əsl vəziyyətidir — marketinq siyahısı deyil.
Bu cədvəl Naibin hədəfidir və tədricən qurulur. Hər iş üçün ən uyğun və ən ucuz model seçilir; işarələnmiş sətirlərdə Naib sənin nümunələrinlə öz davranışını indi öyrənir.
| Gördüyü iş | İstifadə olunan AI — API ilə | Naib indi öyrənir |
|---|---|---|
| Sorğunun məqsədini tanımaq, modelə yönləndirmək | GPT-5.6 Luna | ✓ |
| Hansı alətin çağırılacağını və arqumentlərini seçmək | Luna; mürəkkəb halda Sonnet 5 | ✓ |
| Tarix, məbləğ, ad və digər sahələri JSON-a çıxarmaq | Luna | ✓ |
| Reminder və calendar əmrini başa düşmək | Lokal parser → anlaşılmayan hallarda Luna | ✓ |
| Yaddaşa yazılacaq faktları seçmək | Luna | ✓ |
| Yaddaş və sənədlərdə mənaya görə axtarış | Cohere Embed | — |
| Email, task və transaction kateqoriyası seçmək | Luna | ✓ |
| Qısa email/söhbət xülasəsi hazırlamaq | Luna | ✓ |
| Sadə söhbət və gündəlik cavablar | Luna | ✓ |
| Tərcümə və qrammatika düzəlişi | Luna / Gemini Flash-Lite | ✓ |
| Rəsmi məktub və diplomatik cavab yazmaq | Claude Sonnet 5 | ✓ |
| Calendar və YouTrack əsasında gün/iş planı hazırlamaq | Sonnet 5 | ✓ |
| Uzun sənədləri müqayisə edib nəticə çıxarmaq | Sonnet 5; çətin halda Opus 5 | — |
| Kiçik kod və SQL düzəlişləri | GPT-5.6 Terra / Sonnet 5 | ✓ |
| Çoxfayllı debugging, arxitektura, mürəkkəb kod | GPT-5.6 Sol / Claude Opus 5 | — |
| Şəkli və screenshot-u anlamaq | Gemini 3.1 Flash-Lite | ✓ |
| Skan sənəd, qəbz və cədvəldən məlumat çıxarmaq | Mistral OCR; sadə qəbzdə Flash-Lite | ✓ |
| Şəkil yaratmaq | Gemini 3.1 Flash-Lite Image; yüksək keyfiyyətdə Gemini 3 Pro Image | ✓ |
| Səsli mesajı mətnə çevirmək | Gemini 3.5 Transcribe | ✓ |
| Web-dən məlumat tapıb xülasə etmək | Axtarış xidməti + Luna; mürəkkəb analizdə Sonnet | ✓ |
| Parking məntəqəsini koordinatdan tapmaq | AI lazım deyil: məntəqə məlumatları + məkan sorğusu | — |
| Hesablamalar, ödəniş icrası, reminder vaxtında işləməsi | AI yalnız əmri anlaya bilər; icra proqram kodunda | — |
| Terminal əmrinə icazə, təsdiq və sandbox nəzarəti | Model təklif verir; icazəni server qaydaları müəyyən edir | — |
Naib ilk gündən sənin adından hərəkət etmir. Səlahiyyəti sən verirsən — və istənilən an geri alırsan.
Nə etmək lazım olduğunu deyir, qərarı sən verirsən. Heç nə dəyişmir.
Cavabı yazır, planı qurur, görüş vaxtı tapır — göndərmək və ya icra etmək üçün sənin «bəli»ni gözləyir.
Yalnız açıq icazə verdiyin işlərdə. Hər addım jurnala düşür, bir kliklə hər şeyi dayandırırsan.
Gün ərzində çox qərar verən, çox adama cavab yazan və heç nəyi unutmağa haqqı olmayanlar üçün.
Eyni anda bir neçə layihə, hamısı səndən asılı. Naib yükü səndən əvvəl görür.
Poçt, görüş, vəd — hamısı bir yerdə. Nəyin vacib olduğunu Naib ayırır.
Telefondan tapşırıq ver, kompüterindəki real qovluqlarda icra olunsun — nəzarət səndə qalmaqla.
Naibi istifadəçilərlə birlikdə qururuq. Çatmayan imkanı yaz — hər təklifi oxuyub dəyərləndiririk; işə alınanı yuxarıdakı siyahıda görəcəksən.
Buraxılışa hazır olanda ilk sən xəbər tutacaqsan. Məlumatların heç kimlə paylaşılmır.